1     Hansı məlumatları toplayırıq?

2     Məlumatlarınızdan hansı məqsədlə və hansı hüquqi əsaslarla istifadə edirik?

3     Biz bu məlumatları kimlə paylaşırıq?

4     Məlumatlarınızı hara göndəririk?

5     Məlumatlarınızla əlaqədar hansı hüquqlara maliksiniz?

6     John Deere-in hansı qurumu məlumatlarıma nəzarət edir?

7     Məlumatlarımı hansı müddət ərzində saxlayacaqsınız?

8     Məlumatlarımı necə qoruyursunuz?

John Deere - JDLink™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildiriş
(“#ISG-5”)

Əhatə etdiyi ərazi: Avropa İttifaqı, Avropa İqtisadi Zonasında (AİZ) Aİ-yə daxil olmayan ölkələr, İsveçrə, Rusiya istisna olmaqla Müstəqil Dövlətlər Birliyi (MDB)

Buraxılış tarixi: 2020-02-01

Dil: Azerbaijani / Azərbaycan dili


Bu siyasət John Deere və onun əlaqəli şirkətlərinin məlumatları necə emal və istifadə etməsini təsvir edir. Bu siyasətdə John Deere, biz və ya bizə ifadələri "Straßburger Allee 3, 67657 Kaiserslautern, Germany" ünvanında yerləşən "John Deere GmbH & Co. KG, Intelligent Solutions Group"a istinad edir.

Qeyd etmək istərdik ki, sizin konfidensiallığınız və fərdi məlumatlarınızın qorunmasına çox ciddi yanaşır və məlumatlarınızı məlumatların qorunması ilə bağlı tətbiq edilən qanunvericiliyə müvafiq şəkildə emal edirik. Aşağıda JDLink™ Xidməti ilə əlaqədar olaraq hansı fərdi məlumatlarınızı topladığımızı və emal etdiyimizi və bu məlumatlardan necə istifadə etdiyimizi izah edəcəyik.

1       Hansı məlumatları toplayırıq?

Biz JDLink™ xidmətindən istifadə edərkən bizimlə və təqdim etdiyimiz məhsullarla qarşılıqlı əlaqədə olduğunuz zaman haqqınızda olan məlumatları toplayır və emal edirik.

Abunə səviyyəsindən və maşın növündən asıl olaraq aşağıdakı məlumatlar toplanacaq və emal ediləcək:

JDLink™ Xidmətində istifadə edilən funksiyaların və məlumat nöqtələrinin ətraflı təsviri üçün isg-contracts.deere.com saytında “MyMachine Connect” bölməsində “MyJohnDeere™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildirişinin A Əlavəsinə (Funksiyaların təsviri) (“#ISG-3”) nəzər salın.

2       Məlumatlarınızdan hansı məqsədlə və hansı hüquqi əsaslarla istifadə edirik?

Biz fərdi məlumatlarınızdan aşağıdakı məqsədlərlə istifadə edir və onları emal edirik:

3       Biz bu məlumatları kimlə paylaşırıq ?

Biz məlumatlarınızı aşağıdakı tərəflərlə paylaşırıq:

Fərdi məlumatlar yuxarıda göstərilən səbəblərdən tələb edildiyi, bu, qanun çərçivəsində tələb edildiyi, yaxud hüquqi maraqlarımızın tətbiq edilən qanunlara müvafiq şəkildə hüquqi üsullarla qorunması üçün lazım olduğu halda, dövlət orqanları ilə paylaşıla bilər.

4       Məlumatlarınızı hara göndəririk?

Məlumatlar AİZ-dən kənara ötürüldüyü və məlumatların ötürüldüyü tərəf Avropa İttifaqı Komissiyasının müvafiqlik haqqında qərarına daxil edilməmiş ölkədən olan etibarlı təchizatçı (bu ölkələrin siyahısına burada nəzər sala bilərsiniz) olduğu halda, məlumatlar John Deere-in bu cür münasibətləri qurarkən GDPR-nin 46-cı (2) maddəsinə müvafiq şəkildə Aİ Komissiyasının təsdiq etdiy standart müqavilə şərtləri ndən istifadə etməsi ilə, yaxud etibarlı təchizatçının GDPR-in 42-ci maddəsinə ( burada nəzər salın) müvafiq şəkildə qəbul edilmiş Konfidensiallığın qorunması haqqında Proqrama riayət etməsi ilə müvafiq şəkildə qorunur. Müvafiq qorunma mexanizminin surəti sizin John Deere-in Məlumat Subyektinin Hüquqları əsasında Sorğu Forması vasitəsilə etdiyiniz sorğu əsasında sizə təmin edilə bilər. Sorğu formasını isg-contracts.deere.com saytında tapa bilərsiniz. Məlumatların John Deere-nin əlaqəli şirkətlərinə ötürülməsi hüquqi qüvvəyə malik korporativ qaydalar (BCR), Avropa Komissiyasının Fərdi məlumatların qorunması üçün qəbul etdiyi standart müqavilə şərtləri, digər hüquqi ötürmə mexanizmləri kimi adekvat tədbirlərin görülməsi ilə, yaxud mövcud hüquqi istisnalar əsasında həyata keçiriləcək.

5       Məlumatlarınızla əlaqədar hansı hüquqlara maliksiniz ?

Siz aşağıdakıları tələb etmək hüququna maliksiniz:

Bu hüquqlar bəzi hallarda məhdudlaşdırıla bilər - misal üçün məlumatlarınızı emal etməyimizin hüquqi tələblər çərçivəsində zəruri olduğunu nümayiş etdirdiyimiz halda. Bəzi hallarda, bu, sizin razılığınızdan imtina etdiyiniz halda məlumatları saxlaya bilməyimizi göstərir.

Biz fərdi məlumatları hüquqi və ya müqavilə öhdəliklərini yerinə yetirmək üçün tələb etdiyimiz halda, bu məlumatların təmin edilməsi məcburidir: bu məlumatlar təqdim edilməzsə, biz müqavilə münasibətlərimizi idarə etmək, yaxud müqavilə çərçivəsində nəzərdə tutulan öhdəliklərimizi yerinə yetirmək iqtidarında olmayacağıq. Bütün digər hallarda tələb edilən fərdi məlumatların təqdim edilməsi könüllü xarakter daşıyır.

Siz Məlumat Subyektinin Hüquqları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, müəssisəmizin konfidensiallıq bildirişinə nəzər salın: isg-contracts.deere.com . Siz fərdi məlumatlarla bağlı hüquqlarınızı icra etmək istəyirsinizsə, isg-contracts.deere.com saytında Məlumat Subyektinin Hüquqları əsasında Sorğu Formasından istifadə edə bilərsiniz.

Sizin bu məsələ ilə bağlı həll edilməmiş problemləriniz olarsa, siz nəzarət orqanına, xüsusilə yaşayış və ya iş yeriniz olan Üzv Dövlətdə məlumatların qorunması üzrə quruma şikayət etmək hüququna maliksiniz.

6       John Deere-in hansı qurumu məlumatlarıma nəzarət edir?

Məlumatlarınıza nəzarəti aşağıdakı hüquqi şəxs həyata keçirir: John Deere GmbH & Co. KG, Intelligent Solutions Group, Straßburger Allee 3, 67657 Kaiserslautern, Germany.

Yuxarıda qeyd edilənlərə əlavə olaraq, məlumatlarınız ABŞ-ın İllinoys ştatında fəaliyyət göstərən Deere & Company ilə paylaşılır).

7       Məlumatlarımı hansı müddət ərzində saxlayacaqsınız ?

Biz məlumatlarınızı abunə müddəti ərzində JDLink™ Təşkilatınıza göndərəcəyik və bu məlumatların saxlanma müddəti MyJohnDeere™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildirişdə göstərilib. Biz əməliyyatlar haqqında məlumatı bu bildirişdə göstərilmiş məqsədlərin yerinə yetirilməsi və özümüzü məhkəmə iddialarından qorumaq, yaxud iş fəaliyyətimizi idarə etmək üçün lazım olacaq müddətdə saxlayacağıq.

8       Məlumatlarımı necə qoruyursunuz?

Biz hesabınızdakı məlumatlardan sui-istifadə edilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş standartlar və prosedurlar hazırlamışıq və onlara riayət edirik: