1     Biz hansı məlumatı toplayır və işləyirik?

2     Biz sizin məlumatlarınızı nə məqsədlə və hansı hüquqi əsasla istifadə edirik?

3     Biz bu məlumatları kimlə paylaşacağıq?

4     Biz məlumatlarınızı hara göndərəcəyik?

5     Məlumatlarınızla bağlı hansı hüquqlara maliksiniz?

6     Hansı John Deere şirkəti mənim məlumatlarıma nəzarət edir?

7     Mənim məlumatlarımı nə qədər müddət saxlayacaqsınız?

8     Mənim məlumatlarımı necə qoruyursunuz?

John Deere Connect Mobile App
Konfidensiallıq Bildirişi

Əhatə etdiyi ərazi: Avropa İttifaqı və Avropa İqtisadi Ərazisinə (AİƏ) daxil olan qeyri-Aİ ölkələri

Buraxılış tarixi: 2019-02-28

Dil: Azerbaijani / Azərbaycan dili


Hazırkı siyasət “John Deere” və onun əlaqəli müəssisələri tərəfindən sizin məlumatlarınızın toplanması və işlənməsi yollarını təsvir edir. Hazırkı siyasətdə “John Deere” , “biz”, “bizi/bizə” dedikdə ünvanı Straßburger Allee 3, 67657 Kaiserslautern, Almaniya olan John “Deere GmbH & Co KG”, Intelligent Solutions Group, şirkəti nəzərdə tutulur.

Qeyd etmək istərdik ki, biz sizin konfidensiallığınıza və fərdi məlumatlarınızın qorunmasına olduqca ciddi yanaşırıq və məlumatlarınızı onların qorunması haqqında tətbiq olunan qanunvericiliyə uyğun olaraq işləyirik. Aşağıda  JohnDeere Connect Mobile App ilə əlaqədar hansı fərdi məlumatları topladığımız və işlədiyimiz, eləcə də bu məlumatlardan necə istifadə etdiyimiz barədə sizə daha ətraflı məlumat vermək istərdik.

John Deere Connect Mobile əkin, səpin və becərmə əməliyyatlarının vizualizasiyası və təhlili üzrə kabinadaxili təcrübənin gücləndirilməsi məqsədilə  Apple® iPad® planşetlərindən istifadə edən bir tətbiqetmədir. Connect Mobile John Deere avadanlığının aqronomik və fəaliyyət məlumatlarının sənədləşdirilməsi və daha yaxşı vizualizasiyası üçün GreenStar™ Dispaly ilə işləyir.

1       Biz hansı məlumatı toplayır və işləyirik ?

Biz John Deere Connect Mobile App-ni istifadə etdiyiniz zaman bizimlə və məhsullarımızla əlaqədə olarkən sizin haqqınızda fərdi məlumatları toplayırıq və işləyirik.